Peyvənd olunanların sayı açıqlanıb

21:11 20.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 332 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 500, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 399, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 048, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 385 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 608 691, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 335 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 419, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 198 302, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 237 349 nəfər təşkil edir.