Pirallahıda yataqxana yanıb

10:29 10.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pirallahıda ikimərtəbəli yataqxana binasında yanğın hadisəsi olub.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Pirallahı rayonunda ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m² sahədə və dəhlizinin tavanı 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.