Pirşağıda evdən 7250 manat dəyərində qızıl oğurlayan şəxs saxlanılıb

10:22 07.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçu rayonu Pirşağı qəsəbəsində evlərin birindən oğurluq olub.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 3-də Pirşağı qəsəbəsindəki evlərin birindən 7250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Əzimov və F.Əsgərova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.