Pişiyi sayəsində həbsdən qurtuldu

11:00 21.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada ictimai yerlərdə zorakılıq etməkdə təqsirləndirilən şəxsə verilən cəza pişiyi olduğu səbəbilə təxirə salınıb.

Hafta.az-ın "Mash" telekanalına əsasən yazdığına görə, Rusiyada bu müstəvidə ilk dəfədir ki, məhkəmə qərar verib.

Kemerovo şəhərində yaşayan 48 yaşlı Sergey B. sərxoş halda başqa bir şəxsə hücum etdikdən sonra ictimai yerlərdə zorakılıq törətdiyi və sənədsiz odlu silah saxladığı üçün məhkəməyə verilib.

İstintaq hesabatında Sergey B.nin sentyabrda baş verən hücum zamanı adı açıqlanmayan qurbanı silahla hədələdiyi bildirilib.

Hücumdan sonra saxlanılan Sergey B. istintaqda polislə əməkdaşlıq etməyə razılaşdıqdan sonra məhkəməyə aparılıb. Məhkəmə təqsirləndirilən şəxsə qarşı bütün ittihamları qəbul edib. Rusiya Cinayət Məcəlləsinə görə, bu ittihamların bəziləri müttəhimin 5 ilə qədər həbsini nəzərdə tutur.

Lakin məhkəmə təqsirləndirilən şəxsin səhhətinin əlverişsiz olması, polislə əməkdaşlıq etməsi və pişik sahibi olması kimi yüngülləşdirici amilləri əsas gətirərək cəzanın təxirə salınmasına qərar verib.

“Maş” öz Telegram kanalında yazıb ki, Rusiya Cinayət Qanununda pişik saxlamaq heç vaxt yüngülləşdirici amil kimi qəbul edilməyib. Rusiyada müttəhimlər yalnız himayəsindəki uşaqlar və ya qohumları olduqda cəzanın azaldılmasını tələb edə bilərlər.

Məlumdur ki, pişiklər Rusiyada insanlar arasında çox məşhurdur. Digər tərəfdən, Rusiyaya məxsusi 10 növ pişik növü var. Bunlara Rus Mavisi, Sibir, Donskoy, Kurilian Bobtail, Neva Maskarad, Karelian Bobtail, Toybob, Peterbald, Ural Rex, Mekonq Bobtail pişikləri aiddir.

Oxunma sayı 158