Yazını böyüt
Yazını kiçilt
Bu ilin ilk 4 ayında ölkəyə 65,8 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.
Hafta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 113,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin eyni dövründə ölkəyə dəyəri 112,1 milyon dollar olmaqla 61,5 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.