Polis 32 nəfəri saxladı

10:51 29.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 28-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 156, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.