Polis 54 nəfəri saxladı

12:38 28.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi (DİN) mayın 27-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 46 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34 fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.