Polis əməkdaşları bayram münasibətilə Mingəçevirdə aztəminatlı ailələri ziyarət ediblər - FOTO

14:50 24.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ramazan bayramı münasibətilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a bildiriblər ki, polis əməkdaşları 30 ailəni ziyarət edib, onları bayram münasibətilə təbrik edərək müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatını onlara təqdim ediblər.

Sakinlər də göstərilən bu diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Oxunma sayı 247
Sosial rubrikasından digər xəbərlər