Polis sərtlik göstəribsə onun barəsində müvafiq tədbirlər görüləcək - Elnur Allahverdiyev

12:04 23.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Burada məkirli niyyətlərini həyata keçirmək istəyən dairələr var. Onların məqsədi vətəndaşla, hüquq mühafizə orqanlarının qarşı-qarşıya qoymaq, ölkədə sabitliyi pozmaqdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında Elnur Allahverdiyev Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən insidentlə bağlı bildirib.

Deputat hesab edir ki, sosial şəbəkələrdə bu yöndə olan məsuliyyətsiz, qızışdırıcı şərhlərin də məqsədi budur.

Gədəbəy rayonunun Söyüdlü kəndində baş verənlərə oxşar hadisələrin bütün cəmiyyətlərdə olduğunu qeyd edərək bunun sivil həlli yollarının tapıldığını vurğulayıb. 

“Polis də hər birimizin qardaşı, dostu, ailə üzvüdür. Polis sərtlik göstəribsə onun barəsində müvafiq tədbirlər görüləcək”.