Polis və DSX əməkdaşları Zaqatalada silah-sursat tapdı

13:11 09.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatala rayonunda silah-sursat aşkarlanıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Aşağı Tala kəndi ərazisindən lüləsi kəsilmiş ov tüfəngi, 7 ədəd qumbara, 6 ədəd qumbara alışdırıcısı, 2 ədəd tüstüverici şaşka, 2 ədəd patron darağı və 20 ədəd patron tapılıb.