Polislər bacısının dəfninə getmək istəyən qadına kömək etdilər - VİDEO

23:00 07.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda sərt karantin rejimi zamanı bacısı vəfat edən qadın polislərdən yardım istəyib.

Hafta.az-ın məlumatına görə, qadın Heydər Əliyev prospektindəki polis əməkdaşlarından onu müvafiq icazəsi olmadığı üçün bacısının dəfn mərasiminə aparılmasını istəyib.

Polis əməkdaşları qadının istəyini nəzərə alaraq onu xidməti avtomobildə təyinat yerinə aparıblar.