Yazını böyüt
Yazını kiçilt
Polşanın Boks Assosiasiyası rusiyalı idmançıların oraya buraxılması səbəbindən kişi və qadınların dünya çempionatında iştirakdan imtina etdiyini açıqlayıb.
Sport.pl assosiasiyanın vitse-prezidenti Maçey Demelin mesajına istinadən xəbər verir.
“Ukraynada münaqişə başlayandan sonra biz qərara gəldik ki, rusların və belarusların iştirak edəcəyi yarışlarda iştirak etməyəcəyik. O vaxtdan bəri biz yeni qətnamə qəbul etməmişik, ona görə də köhnə qətnamə qüvvədə qalır. Biz hərəkətlərimizdə ardıcılıq”, - Demel vurğulayıb.