Polşa klubu Qurban Qurbanovun oğlu ilə maraqlanır

16:52 14.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Musa Qurbanlı karyerasını Polşada davam etdirə bilər.

 

Hafta.az xəbər verir ki, “Poqon” klubu 20 yaşlı oyunçunun xidmətində maraqlıdır.

 

Yeni hücumçu axtarışında olan Ekstraklassa təmsilçisi M.Qurbanlını heyətinə cəlb etməyi düşünür.

 

Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 13 oyunda 11 qol vurub.