Prezident Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasına dair plenar iclasda çıxış edib

12:45 17.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilir.

Hafta.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edir.

Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayeni, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və Macarıstanın Baş naziri Viktor Orbanı qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Plenar iclası açan Rumıniya Prezidenti Klaus Yohannis qonaqları salamladı və çıxış etdi.

Dövlətimizin başçısı iclasda çıxış edib.

Siyasət rubrikasından digər xəbərlər