Prezident İlham Əliyev: Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini həmişə hiss etmişik

18:37 10.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz həmişə bütün Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini hiss etmişik.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən məhdud tərkibdə görüşdə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bizim rəsmi səfərlər çərçivəsində belə tez-tez görüşməyimiz həm münasibətlərimizin xarakterinə, həm də ona dəlalət edir ki, daim əlaqə saxlamağımız zəruridir. Ona görə ki, biz müxtəlif beynəlxalq məkanlarda müntəzəm görüşürük, lakin ikitərəfli format ən səmərəli formatdır”.