Prezident İlham Əliyev Yuli Qusmanı “Şərəf” ordeni ilə təltif edib

14:33 07.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Y.S.Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə Yuli Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilsin".

Siyasət rubrikasından digər xəbərlər