Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Prezidenti İlham Əliyev Kamran İmanovu təltif edib.
Hafta.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Sultan oğlu İmanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, K.İmanov Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir.
1946-cı il təvəllüdlü Kamran İmanov əvvəllər Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində çalışıb.
2008-ci ildə Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə təyin olunub.
2018-ci ildə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
K.İmanovun 75 yaşı tamam olur.