Prezident “Qarabağ”ı təbrik edib

23:52 27.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

Hafta.az paylaşımı təqdim edir:

“Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı! “Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”.