“Rusiya Xəzər ətrafnda yerləşən ən böyük dövlətdir. Xəzərin səviyyəsinin enməsi Rusiya üçün də çox ciddi problemlər yaradır. Ancaq sirr deyil ki, Rusiya öz siyasi məqsədlərinə çatmaq üçün bəzən özünə də ziyan vurmaqdan çəkinmir”.
Bunu hafta.az-a siyasi şərhçi Abutalıb Səmədov Prezident İlham Əliyevin BMT kürsüsündən Xəzərin suyunun azalma səbəblərinin iqlim dəyişikliyi ilə əlaqəli olmaması fikirləri ilə dünyaya hansı mesajlar verdiyini şərh edərkən deyib.

A.Səmədov qeyd edib ki, Xəzər dənizinin quruması təkcə Xəzəryanı ölkələrin deyil, bütövlükdə dünyanın probleminə çevrilib. O, bildirib ki, ekspertlərin hesablamalarına əsasən, təkcə havanın temperaturunun artmasına görə 2100-cü ilə qədər Xəzər dənizinin səviyyəsi 21 metrə qədər düşə bilər. Bu, hardasa 100 min kv.km ərazinin quruması deməkdir.
A.Səmədov vurğulayıb ki, Xəzərin qurumasının səbəblərindən danışanda hava temperaturunun artması, dənizə tökülən suların azalması, dünya okeanı ilə əlaqəsinin olmaması və bütün bu səbəblərin fonunda hər hansı siyasi məqəsədlərin olmadığı qeyd edilir:
“Məlumdur ki, Xəzər dənizinə 130 çay tökülür. Onlardan ən böyüyü Volqa və Ural çaylarıdır ki, bu çayların Xəzərə tökülən həcmi xeyli dərəcədə azalıb. Ekspertlər sübut etməyə çalışırlar ki, Volqa özü quruyur və buna görə də bəzi istilik enerji stansiyalarının da işi dayandırılıb. Volaqa çayının qurumasının Rusiyaya da böyük zərər vurduğu deyilir. Bu, çayın üzərində bəndlərin, su ambarlarının, stansiyaların qurulması, kənd təsərrüfatı üçün istifadə edilməsi ilə əlaqələndirilir. Ural çayının suyunun azalmasında da eyni səbəblər göstərilir və bunların Xəzər dənizinin suyunun azalmasına təsir etdiyi deyilir. Ancaq Azərbaycan Prezidenti BMT sessiyasında çıxış edərkən əsas səbəbin iqlim dəyişməsi olmadığını bəyan etdi və dünya dövlətlərini bu barədə düşünməyə çağırdı. Əgər səbəb iqlim dəyişməsi deyilsə, deməli burda hansısa siyasi səbəblər var. Azərbaycan Prezidenti Xəzərin səviyyəsinin düşməsinin iqlim dəyişikliyi ilə əlaqəli olamdığını deyərkən digər səbəbləri açmayıb və problemin həlli üçün dünyanı əməkdaşlığa dəvət etməklə strateji gediş edib".
A.Səmədov eyni zamanda BMT-nin dünyada beynəlxalq hüququn qorunmasında, sülhün sülhyaratma işində, sülhün təmin olunmasında üzərilərinə qoyulan vəzifələrin öhtəsindən gələ bilmədiyini və islahatların zəruri olduğunu qeyd edib. Onun fikrincə, BMT TŞ-nın daimi üzvləri mane olmasalar islahatlar keçiriləcək və üzvlərin sayı artırılacaq. Ekoloji problemlərlə məşğul olmaq üçün bu islahatları gözləməyə ehtiyac olmadığını bildirən ekspert hesab edir ki, Xəzər dənizinə tökülən Volqa və Uralın suyunun niyə azaldığı araşdırılmalı əsas səbəbin iddia olunanlar olub-olmadığı üzə çıxarılmalıdır. Dünya dövlətləri Azərbaycan Prezidetinin mötəbər kürsüdə qaldırdığı problemə məsuliyyətlə yanaşmalıdır.
A.Səmədov qeyd edib ki, Rusiya dünya üçün təhdidə çervrilib. Çünki Rusiya dünyanı nüvə silahı tətbiq edəcəyi ilə hədələyir, ayrı-ayrı dövlətlərin ərazilərini öz əraziləri kimi qələmə verir, dağıdıcı silahlardan istifadə, Böyük Britaniyanı su altında qoymaq və sair hədələr səsləndirməklə özünü gündımdə saxlayır:
"Bu gün faktiki olaraq, Rusiya hədəsiz Ukaynanın şəhərlərini dağıdır, günahsız insanları öldürür. Rusiya dünya üçün problemə çevrilib və dünya dövlətləri bu problemi həll etmək üçün acizlik göstərirlər. Azərbaycan Prezidentinin böyük kürsüdən səsləndirdiyi fikirlər dünya dövlətlərini oyanmağa və Rusiya təhlükəsini bir daha dərk etməyə sövq etməlidir”.