PSJ-Ronaldo qarşıdurması - Kim nə qədər qazanacaq?

10:53 17.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Paris Sen-Jermen Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və "Əl-Hilal" klublarının birgə komandası ilə qarşılaşacaq. Paris klubu bu görüşdə iştirak üçün layiqli məbləğdə pul qazanacaq.

Mənbənin bildirdiyinə görə, Fransa klubu 10 milyon avrodan çox qazanacaq.Bundan başqa, PSJ pullu yayım üçün vəsait alacaq.

Görüş yanvarın 19-da Ər-Riyadda baş tutacaq. Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı yığmasında, Lionel Messi isə PSJ-də çıxış edəcək.

Bundan əvvəl Ronaldonun PSJ ilə oyun üçün "Əl-Nəsr" və "Əl-Hilal"ın birləşmiş komandasının kapitanı olduğu bildirilirdi.