Yazını böyüt
Yazını kiçilt
Fransa "Paris Sen-Jermen"inin rəhbərliyi bu mövsümün sonunda hücumçu Neymarla yenidən ayrılmaq barədə düşünüb. Bu barədə jurnalist Adrien Qrenyer öz Twitter səhifəsində yazıb.
Mənbənin sözlərinə görə, belə bir hərəkət soyunub-geyinmə otağındakı ab-havaya müsbət təsir göstərə və klubun maaş fondunu boşaltmasına kömək edə bilər.
Hücumçunun Monako ilə 1:3 hesablı oyundan sonra soyunub-geyinmə otağında Paris Saint-Germain futbol müşaviri Luis Kampos ilə davasından sonra Neymarın mümkün satışı ilə bağlı söhbətlər yenidən başlayıb.
Neymar bu mövsüm Parisdə 27 oyuna çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə edib. Fevralın 14-də PSJ UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində "Bavariya"nı qəbul edəcək.