Rusiya Federasiyasının Pskov vilayətində iki Ka-52 “Alliqator” helikopteri partlayıb, daha ikisi isə xeyli zədələnib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi Facebook sosial şəbəkəsində məlumat yayıb.
"Rusiya Federasiyası silahlı qüvvələrinin "Veretye" aviabazasında (Pskov vilayəti, ada-5) oktyabrın 31-nə keçən gecə güclü partlayış baş verib. Rusiyanın iki Ka-52 "Alliqator" hücum helikopteri tamamilə məhv edilib. Daha ikisinə ciddi ziyan dəyib”, - məlumatda deyilir.
Eyni zamanda, digər texnika və şəxsi heyətin məhv edilməsi ilə bağlı təfərrüatlar dəqiqləşdirilir.
“Partlayışların nəticələrinin aradan qaldırılması, o cümlədən təxribat qruplarının axtarışı məqsədilə hərbi hissənin şəxsi heyəti xəbərdarlıq edilib, hərbi hissədə araşdırmalar aparılır”, - deyə kəşfiyyat xidməti bildirib.