PUA-lar 9 təyyarənin enişinə imkan vermədi

13:58 28.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Doqquz təyyarə İspaniyanın şərqindəki "Alikante-Elçe Migel Hernandez" hava limanına eniş edə bilməyib.

Hafta.az xəbər verir ki, buna səmada pilotsuz uçan aparatların (PUA) olması səbəb olub. Bildirilir ki, insident oktyabrın 27-də axşam saatlarında baş verib. PUA-ların görünməsi ilə əlaqədar hava limanı müvəqqəti bağlanıb, sərnişinlərin uçuşuna məhdudiyyətlər tətbiq edilib.

Böyük Britaniyadan İspaniyaya uçan 9 təyyarə yaxınlıqdakı aerodromlara yönləndirilib.

Məlumatda vurğulanır ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Lakin onlar PUA-ların yerini müəyyən edə bilməyiblər.

Araşdırmalar başa çatdıqdan sonra alternativ aerodromlara göndərilən təyyarələrin Alikanteyə qayıtmasına icazə verilib. /"The Sun"/