Moskvanın məşhur Tverskaya küçəsində yerləşən tarixi Yeliseyev evində 16 otaqlı mənzil 102 milyon rubla satışa çıxarılıb.
Hafta.az-ın yazdığına görə, tarixi binanın 5-ci mərtəbəsindəki mənzilin 290 kvadratmetr sahəsi var.
1790-cı illərin sonlarında tikilmiş bina bir müddət Moskvanın mədəni və ədəbi həyatına ev sahibliyi edib. XIX əsrin əvvəllərində burada yaşamış şahzadə Zinaida Volkonskayanın axşam məclislərində Aleksandr Puşkin, Fyodor Tyutçev, İvan Turgenev kimi məşhur isimlər iştirak edirdi.
1901-ci ildə tacir Qriqori Yeliseyev binada onun adını daşıyan əfsanəvi ərzaq mağazası açır. Sovet dövründə “Qastronom No. 1” kimi tanınan bu yer 2000-ci illərdə bərpa olunaraq supermarket kimi istifadə olunub. Ancaq bu mağaza da 2021-ci ildə bağlandı.
Eyni binada bələdiyyəyə məxsus digər mənzillər də satılır: 11 otaqlı mənzil: 293 kvadratmetr, başlanğıc qiyməti 100 milyon rubl. 8 otaqlı mənzil: 181 kvadratmetr, başlanğıc qiyməti 65 milyon rubl.
Bütün mənzillər “çılpaq” (təmirsiz) təklif olunur və yeni alıcılar gözləyir.
Binanın genişləndirilməsi 1914-cü ildə Yeliseyev qardaşlarının yaşayış kompleksinə əlavə edildi və 1928-ci ildə memar N. S. Şerbakov tərəfindən yenidən dizayn edilərək yaşayış yerinə çevrildi. Ona görə də binanın müxtəlif yerlərində memarlıq və tarixi dövrlərin izlərini görmək mümkündür.