Puta Dəniz Limanında gəmi yanır

21:11 02.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.