Qadın voleybol yığmamız Avropa çempionatının təsnifat mərhələsinə qələbə ilə başlayıb

20:20 20.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

Hafta.az xəbər verir ki, Eldar Yusubovun baş məşqçi olduğu yığmamız D qrupundakı ilk matçında Gürcüstan millisini qəbul edib.

Bakı Voleybol Mərkəzində keçirilən görüş Azərbaycanın 3:0 (28:26, 25:11, 25:20) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında növbəti görüş avqustun 28-də Gürcüstanda olacaq.