Qadın voleybolçulardan ibarət dünya çempionatının qalibi bəlli olub

09:39 16.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiya millisi qadın voleybolçulardan ibarət dünya çempionatının ikiqat qalibi olub.

Hafta.az xəbər verir ki, Niderlandın Apeldorn şəhərində keçirilən final oyununda Serbiya millisi Braziliya yığmasını 3:0 (26:24, 25:22, 25:17) hesabı ilə məğlub edib.

Üçüncü yer uğrunda oyunda İtaliya ABŞ komandasına qalib gəlib - 3:0 (25:20, 25:15, 27:25).

Qeyd edək ki, Serbiya turnirdə məğlub olmayan yeganə komanda olub. Onlar ikinci dəfə dünya çempionatının qızıl medallarını qazanıblar. Serbiya seçməsi ilk çempionluğunu 2018-ci ildə əldə edib.