Qadın voleybolçularımız “Avro-2023”ün təsnifat mərhələsində növbəti qələbəsini qazanıb

22:02 28.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi “Avro-2023”ün təsnifat mərhələsində növbəti oyununu keçirib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, D qrupunda yer alan komandamız bu gün Voleybol Mərkəzində Avstriyanı qəbul edib. Oyun millimizin qələbəsi ilə başa çatıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn yığma sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:19, 25:13. Beləliklə, 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığması 3 xala yiyələnib və aktivindəki xalların sayını 9-a çatdırıb.