Qadına qarşı quldurluq edən şəxs saxlanıldı

12:42 15.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini N.Manafov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Hüseynova mayın 14-də Sabunçu qəsəbəsi ərazisində bir nəfərin onun ağzını əli ilə tutaraq pul tələb etdiyini və barmağına xəsarət yetirərək boynundakı 1800 manat dəyərində olan brilyant qaşlı klonu apardığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini N.Manafov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.