“Hazırda Gədəbəydə baş verən hadisə ilə bağlı hüquq- mühafizə orqanları iş aparır, Dövlət Komissiyası fəaliyyət göstərir. Biz nəticələrə əsas’n mülahizələr yürütməliyik”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Söyüdlü kəndində baş verən insidentlə bağlı Gədəbəydən olan deputat Sevinc Hüseynova bildirib.
S.Hüseynova məlumat üçün bildirib ki, Söyüdlü kəndi Ermənistanla 123 km sərhəddə, dağlıq bölgədə yerləşən kənddir. Kəndin 3500 əhalisi? 1000-‘ yaxın ailə təsərrüafatı var.
Deputat qeyd edib ki, dağın başında özünə ev-eşik quran, təsərrüfat yaradan, övlad böyüdən, əsgər yola salan insanların ekoloji sağlam mühüitdə yaşamaq istəyi hüququdur, təbiidir.
Lakin təsərrüfat işlərinin qızğın vaxtında camaatın, əsasən də qadınların kənddən aralıda yerləşən əraziyə toplaşması təbii görünmür. Deputatın fikirincə, ekofəallarımızın Laçın ətrafında ermənilərin yerüstü, yeraltı sərvətləri talaması və ekologiyamıza vurduğu zərərə görə keçirdiyi aksiyadan sonra belə bir hadisənin uzaq bir kənddə baş verməsi, yalnız düşmənin dəyirmanına su tökməyə hesablana bilər.
“Ona görə də hesab edirik ki, ucqar Gədəbəy kəndində baş verən hadisənin arxasında kimlərsə dayanır və məsələ araşdırılmalı, problemlər həllini tapmalıdır”.