Yazını böyüt
Yazını kiçilt
“Qalan torpaqlar təqdim edilmiş cədvəl əsasında Azərbaycana geri qaytarılacaq”.
Hafta.az-ın məlumatına görə, bu haqda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimində söyləyib.
O bildirib ki, ondan sonrakı dönəmdə həmin torpaqların canlanması olacaq:
“Bundan sonra da biz qardaş Azərbaycanın yanında olacağıq. Azərbaycanla, qəhrəman Azərbaycan Ordusu ilə də fəxr edirik, qürur duyuruq. Türkün gücünü bütün dünyaya göstərdilər. Türkün güvəni bütün dünyada özünə qayıtdı. Buna görə də qürur duyuruq, fəxr edirik”.