Yazını böyüt
Yazını kiçilt
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan hafta.az-a verilən məlumata görə, növbəti belə tədbir Agentliyin əməkdaşları tərəfindən Yevlax rayonunun Xaldan qəsəbəsi, Xanabad, Aşağı Bucaq və Salamabad kəndlərində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində həyata keçirilib. Reydlərdə Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları iştirak ediblər.