Qanunsuz ov edən çəxs saxlanıldı

11:05 21.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini S.Balakişiyevin qanunsuz ov etdiyi müəyyən edilib.

 

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, həmin şəxsdən ov zamanı istifadə olunan tüfəng və ovladığı vəhşi quşlar aşkarlanıb.

 

Bundan başqa keçirilən profilaktiki tədbirlərlə daha 2 ov silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxunma sayı 62