Qanunsuz ov edən şəxslər saxlanılıb

09:39 16.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağarx kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri – S.Manafov, E.Nəcəfzadə və A.Alışov olduqları müəyyən edilib. Həmin şəxslərdən 1 ədəd “İJ” markalı ov tüfəngi və ovladıqları çöl quşları aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.