Qapıçı öz qapısından rəqib qapısına qol vurdu

12:29 17.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meksikanın ikinci liqası “Liqa de Expansion”da futbol meydançalarında nadir hadisə yaşanıb. Dünən” Atletiko Morelia” və “Celaya”nın qarşılaşdığı pley-off yarımfinal ikinci oyununda qonaq komandanın qapıçısı öz cərimə meydançasından qol vurub.

Hafta.az-ın “USA Today”a istinadən yazdığına görə, ilk görüşdə tərəflər 1:1 hesablı heç-heçə etdiyi halda, cavab oyunun son dəqiqələrində "Atletiko Morelia" 2:1 önə çıxıb.

“Celaya” isə heç-heçə etmək üçün qol vurma şansı tapmağa çalışıb. Meydan sahiblərinin qapıçısı Allison Revuelta 90+2 cərimə zərbəsində qol vurmaq ümidi ilə rəqibin cərimə meydançasına daxil olub.

Revualtanın başla zərbəsini dəf edən Santyaqo Ramires uzun zərbə ilə qapıya qol vurub. Top çəməndə iki dəfə geri döndü və tora tuş gəldi.

“Atletiko Morelia” rəqibini ümumi 4-2 hesabı ilə məğlub edərək finala yüksəlib və qarşıda “Tapatio” ilə qarşılaşmağa vəsiqə qazanıb.