Qara Qarayev "Qarabağ"ı tərk etdi

15:03 23.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ"ın futbolçusu Qara Qarayev Ağdam təmsilçisindən ayrılıb. 

Hafta.az xəbər verir ki, bu haqda "Qarabağ"ın direktoru Emrah Çelikel bildirib.

Klub rəsmisi 30 yaşlı yarımmüdafiəçinin artıq komanda ilə vidalaşdığını da qeyd edib: "Qara "Qarabağ"dan ayrıldı. Komandasını dəyişir. O, dünən bizimlə vidalaşdı".

Futbolçunun "Neftçi" ilə 2 illik razılaşdığı deyilsə də, E.Çelikel bu haqda məlumatının olmadığını söyləyib: "Qaranın hansı komandaya keçdiyini hələlik bilmirəm".

Qeyd edək ki, Qara 2008-ci ildən "Qarabağ"da oynayırdı.