Yazını böyüt
Yazını kiçilt
“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.
Hafta.az-ın məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Ağdam klubu Finlandiya çempionu HİK-i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Avqustun 10-da keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq.
Cavab qarşılaşması Helsinki stadionunda təşkil olunacaq. Avqustun 17-dəki bu matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.