Yazını böyüt
Yazını kiçilt
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start verilib.
Hafta.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da bu mərhələdə ilk matçına çıxıb. Qurban Qurbanovun komandası Bakıda Belçika "Gent"ini qəbul edib.
Oyun 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab matçı fevralın 23-də Belçikada keçiriləcək.
16 fevral
UEFA Kofrans Liqası-Pley-off
"Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 1:0
Qol: Leandro Andrade, 78
Hakimlər: Mohammed Al-Hakim, Fredrik Klyver, Robin Vilde (İsveç)
Reallaşdırılmayan penalti: Ramil Şeydayev, 52 ("Qarabağ")
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu