Qarabağda avtobus biletləri satışa çıxarılacaq

15:46 18.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə oktyabr və noyabr ayları üçün biletlər satışa çıxarılacaq

Hafta.az nazirliyə istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr və noyabr aylarına olan biletlər 19 oktyabr 2023-cü il saat 12:00-da satışa çıxarılacaq.

Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 623 reys həyata keçirilib, 25545 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Oxunma sayı 164