Qarabağda mədəni irsə qarşı törədilmiş vəhşiliklərlə bağlı hesabat hazırlanıb

14:17 09.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olunmuş ərazilərdə bizim mədəni irsimizə qarşı törədilmiş vəhşiliklərin bütün dünyaya çatdırılması üçün növbəti hesabat hazırlanıb.

Hafta.az-ın məlumatına görə, bununla bağlı jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, sözügedən hesabat ilin sonuna qədər təqdim olunacaq:

"İşğaldan azad olunmuş ərazilərdə erməni hərbi-siyasi dairələrinin törətdiyi müharibə cinayətlərini dünyaya çatdırmaq bizim əsas hədəfimizdir".

Oxunma sayı 2955
Siyasət rubrikasından digər xəbərlər