Qarabağda “Ohonyan” sədlərini İran mühəndisləri tikdilər - Politoloq

17:51 01.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan İrana münasibətdə uzun illər bir qədər ehtiyatlı, səbirli davrandı. Ancaq yeni dünya düzənində İranın da zamanı dəyişib. Bu gün İranda baş verənlər sıradan bir hadisə deyil. İran içindən və çölündən çürüyür”.

Bunu hafta.az-a siyasi ekspert, hüquqşünas Əli Mustafa hazırda İranda gedən proseslərə və İranın Azərbaycana münasibəti kontekstində məsələlərə aydınlıq gətirərkən bildirib.

Ə.Mustafa qeyd edib ki, İran uzun illər dünyanın bəlli bir hissəsi tərəfindən ovlanıb, bəlli bir hissəsi tərəfindən isə terror ölkəsi kimi tanınıb.

“Mən deyərdim ki, İran, Rusiya, Ermənistan eyni ağlın məhsuludurlar. Sadəcə olaraq birilərində kommunist ideologiyası, digərilərində isə dini ideologiya qoyulur. Hər üçü də qəsbkardır, azadlığı məhdudlaşdırır. Ona görə də bu gün İranda xalq küçələrdədir, orda farslar, türklər, digər xalqlar da var. Dindarlar  özü küçələrdə etiraz edirlər. Deməli, bu rejim cəmiyyətə bağlı deyil, hardansa kənardan gətirilib və xalq buna qarşı çıxır”.

Ekspert hesab edir ki, dünyanın müəyyən maraqlı gücləri düşünür ki, İran zəngin ölkədir və bu ölkəni istismar etmək  lazımdır.  Məsələn, kommunistləri Rusiyaya gətirib ekspriment apardılar və bu proses 70-80 il davam elədi, milyonlarla insanı məhv elədilər. Düşünürlər ki, İran islam ölkəsidir və bu ölkə aranı qarışdırmağı bacarır. Çünki İranda şiə törəsi var və üstəlik islamın içərisində bir müxalifətdir. Onların İslamla bağlı elə bir doktirinası var ki, ona kənardan düşmən axtarmağa ehtiyac yoxdur. Ona görə də İraqda, Livanda və digər ərəb ölkələrində terror qrupları yaratdılar. İslamda müqəddəs nə varsa onun adına bir terror təşkilatı yaradıblar. Hətta indi raketlərin adına da həmin o müqəddəs adları verir. İslamla bu qədər aşağı davranmaq olmaz”.

Ə.Mustafa bildirib ki, bu faktlar İranın islam dəyərlərini öz siyasi məqsədləri üçün istifadə etdiyini göstərir.

“Din İran üçün bir vasitədir. İndi də İran xalqı rejimə qarşı çıxır. Əgər inanclı insandırlarsa deməlidirlər ki, xalq bizi istəmirsə getməliyik.  Amma yox, deyir ki, mən insanları qıraram, amma getmərəm. İran bu rejimi qorumaq üçün hər cür cinayətlərə gedirlər.  İrana bir missiya verilib ki, regionda, müsəman ölkələrində vəziyəti qarışdıracaq, fitnə -fəsad yayacaqsız. Bunun sonu yoxdur”.

Ə.Mustafa qeyd edib ki, İran uzun müddət Azərbaycanla bağlı aqerssiyasını bir qədər gizli saxlasa da, artıq Zəngəzur məsələsi ortaya çıxandan sonra açıq şəkildə təhdidlərə başladı. Qafanda bir konsulluq açdılar. Hətta Azərbaycanda olan tərəfdarlarına belə önəm vermədilər.  çox açıq bir formada erməniləri dəstəklədilər. Maskaları yırtıldı. Azərbaycanda bir çoxları düşünürdü ki, doğrudanda İran bir şiyə təəssübkeşidir, islam ölkəsidir. Amma artıq insanlar həqiqəti görürlər. İran 30 il Azərbaycan torpaqlarını işğal edən xiristian ölkəsinə heç bir zaman bir təpki göstərmədi.  Amma gəlib Araz kənarında hərbi təlimlər keçir, əzələ nümayiş etdirirlər. Amma ermənilərə qarşı bunu etmədilər, əksinə Qarabağı onlarla birlikdə dağıtdılar, evlərimizi söküb apardılar.  Qarabağda “Ohonyan” sədlərini İran mühəndisləri tikdilər. Açıq şəkildə Azərbaycana qarşı dost olmadıqlarını bəyan elədilər”.

Bu gün Azərbaycanın gücləndiyini bildirən Ə.Mustafa ölkəmizin hər bir təhdidə qarşı dayanmaq, Ermənistanla qarşı-qarşıya gəlmək gücündə olduğunu bildirib.

“Azərbaycan Türkiyə ilə bir yerdədir. Ona görə də İranın nazı ilə oynamağa lüzum qalmır, İran sevilmir. Harda bir dağıntı, qətliam, müsəlman ölümü varsa orda İran var. İranda olan 40 milyon  azərbayacanlının hüquqları pozulur, öz dillərində məktəbləri yoxdur, mədəniyyətləri, haqları tapdanır. İranın quzeyində türklərin çox yaşadığı ərazilərə diqqət yetirilmir. Bu gün Urmiya, Təbriz, Ərdəbildə yaşayan türklər köçüb gedirlər. Belə bir vaxtda Azərbaycanla Türkiyənin bir yerdə olması, Türk dövlətlərinin birləşməsi mühümdür. Yen düzəndə bizim yolumuz güclənmək, birləşməkdir.  Azərbaycan və Türkiyənin dik duruşu digər türk dövlətlərinə ilham verir”.

Oxunma sayı 1566