Qarabağdakı qondarma “rus icması”nın rəhbəri də Laçın sərhəd məntəqəsində həbs edildi?

18:07 30.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qarabağın rus icmasının rəhbəri, oradakı Milad kilsəsinin patriarxı Aleksandr Bordovla ikinci gündür ki, əlaqə saxlanılmır.

Hafta.az  xəbər verir ki, məlumatı Ermənistanın “Alpha News” nəşri yayıb.

Aleksandr Bordovun Həkəri körpüsündəki Laçın sərhəd-nəzarət məntəqəsində həbs olunduğu haqda xəbərlər yayılıb. Qarabağı tərk edən məcburi köçkünlər, şahidlər iddia edirlər ki, Bordov Həkəri körpüsünədki keçid məntəqəsindən keçərkən azərbaycanlılar tərəfindən tutulub. Məlumatda deyilir ki, guya Bordov 400-dən çox erməni ailəsinin Qarabağdan köçürülməsinə köməklik edib.

Aleksandr Bordov ötən əsrdə Qarabağda ilk rus pravoslav kilsəsinin tikintisində fəal iştirak edib və buna görə də Qarabağdakı “sülhməramlı” qüvvələrin ilk komandanı Rüstəm Muradovun təşəkkürünü alıb.

Bir neçə gün əvvəl Rusiyanın  Qarabağdakı “sülhməramlı” qoşunlarının indiki komandanı Kirill Kulakov pravoslav icması üçün Bordova hədiyyə - müqəddəs Kazan İlahi Anasının ikonasını təqdim edib.

Siyasət rubrikasından digər xəbərlər