Yazını böyüt
Yazını kiçilt
Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Hafta.az xəbər verir ki, püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.
Belə ki, "Qarabağ" bu mərhələdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşacaq.
Ağdam klubu ilk matçı səfərdə keçirəcək.
Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-12 baş tutacaq.
Cavab oyunları bir həftə sonra təşkil olunacaq.
Qeyd edək ki, sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin də püşkü atılacaq.