“Qarabağ”ın futbolçusu ağır zədə aldı

15:28 16.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ”ın futbolçusu Abbas Hüseynov ciddi zədə alıb. Bu barədə “Qafqazinfo”ya klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O bildirib ki, müdafiəçi məşqdə dizindən zədələnib və hazırda müayinələri davam edir.

“Futbolçunun arxa çarpaz bağlarında problem aşkarlanıb. Təkrar müayinələrdən sonra əməliyyat olunub-olunmayacağı ilə bağlı qərar veriləcək. Sonra hansı müddətdə meydanda olmayacağı bəlli olacaq. Görünən odur ki, zədəsi ciddidir”.