Yazını böyüt
Yazını kiçilt
“Qarabağ”ın zədəli futbolçusu Marko Veşoviçin son durumu müəyyənləşib.
Hafta.az kluba istinadən bildirir ki, son tibbi müayinədən keçən 32 yaşlı müdafiəçinin ən azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.
Həkimlərin tövsiyəsinə əsasən, Veşoviç avqustda keçiriləcək oyunlarda iştirak etməməlidir. Bu isə o deməkdir ki, monteneqrolu oyunçu Azərbaycan Premyer Liqasında qarşıdakı 4, “Rakov”la matçlar da daxil olmaqla isə avqust ayında avrokuboklardakı 5 matçı buraxmalı olacaq .
Qeyd edək ki, Marko Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakov”la ilk oyundan (2:3) əvvəl Polşadakı “Miejski” arenasında keçirilən məşq zamanı budundan zədə almışdı.