Yazını böyüt
Yazını kiçilt
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsində ən çox seyv edən qapıçılar sırasında yer alıb.
28 yaşlı qolkiper dünən “Olimpiakos” - “Qarabağ” görüşündə (0:3) inamlı oyunu ilə seçilib.
Üç turda Şahruddin Məhəmmədəliyev 12 seyv edib. Bu göstəricidə o, 6-cı yeri tutur.
Siyahıya liderliyi isə hərəyə 16 seyvlə HİK-in (Finlandiya) qapıçısı Konor Hazard və Deneş Dibus edir. Azərtac