Qaradağ rayonunda koronavirus əleyhinə dezinfeksiya işləri görülür

16:47 30.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə rayonun bütün kənd  qəsəbələrində həyata keçirdiyi tədbirlər davam edir.

Hafta.az yazır ki, görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 30-da səhər saatlarından başlayaraq əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikaları və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. Mərkəzi küçələrlə yanaşı qəsəbələrin yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinləri ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaları barədə xəbərdarlıq ediliblər.

Gün ərzində rayonunda kommunal xidmətlərinin 300-dən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görülüb.

Bununla yanaşı, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür. Rayonda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdirilir.

Oxunma sayı 2427