Qaradağ RİH tərəfindən xeyriyyə məqsədilə tibbi aksiya keçirilib

17:00 26.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonun aztəminatlı ailələrinin uşaqları üçün Qobustan qəsəbəsində yerləşən Tibb Mərkəzində xeyriyyə məqsədilə tibbi aksiya keçirilib.

Hafta.az-ın yazdığına görə, uşaqlar ilkin olaraq tibbi müayinələrdən keçirilib, daha sonra əməliyyat otağına aparılıblar. Əməliyyat xəstəxananın həkim-cərrahları tərəfindən, tam steril şəraitdə icra edilib.

Aksiyada 50-yə yaxın balaca sakin sünnət olunub və onlar tam sağalana qədər həkimlərin nəzarətində olacaqlar.

Aksiyada iştirak edən rayon sakinləri bu nəcib addımı sevinclə qarşılayıblar. Valideynlər övladlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.