Qatar traktorla toqquşub, ölən var

10:41 25.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabranda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumatda bildirilir ki, martın 25-də saat 09:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.

İlkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O hadisə yerində ölüb.

Araşdırma aparılır.