Qatarlar qrafik üzrə hərəkət edir - ADY

10:52 04.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

04 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən ADY-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.

"Azərbaycan Dəmir Yolları" ASC-dən hafta.az-a verilən məlumata görə, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməmişdir.

Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.